Bayram günü bədbəxt hadisə nəticəsində öldü

bayram-gunu-bedbext-hadise-neticesinde-oldu
Oxunma sayı: 8183

Göyçayda bayram günü gənc oğlan bədbəxt hadisə nəticəsində həyatından olub.

"Qafqazinfo" xəbər verir ki, hadisə axşam saatlarında Göyçayın mərkəzi küçələrindən birində qeydə alınıb. Belə ki, şəhər sakini, Akif Kərimov piyada hərəkətdə olarkən irigövdəli çinar ağacının qurumuş budaqlarından biri qəflətən qoparaq onun başına düşüb. Xeyli qan itirən Akif Kərimov yaxınlıqdakı insanların köməyi ilə təcili olaraq Rayon Xəstəxanasına aparılarkən yolda dünyasın dəyişib.

Ölümün dəqiq səbəbi araşdırmaların sonunda dəqiq bəlli olcaq

Faktla bağlı araşdırma aparılır.

Rəşad Türkoğlu