Bayram günü dəhşətli qəza -2 ölü

bayram-gunu-dehsetli-qeza-2-olu
Oxunma sayı: 647

Hazırda Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları ölən və yaralananların kimliyini və hadisənin baş vermə səbəblərini araşdırır.

10:16:00

Bu gün səhər saatlarında Şirvan-Sabirabad yolunda dəhşətli yol qəzası olub. Bu qorxunc olay nəticəsində avtomobildə olanlar həyatını itirib. Bu barədə ANS PRESS-ə hadisə şahidləri məlumat veriblər. Onların sözlərinə görə, Şirvandan Sabirabada gedən yolda hərəkət edən 3 avtomobil toqquşub.

Olay şahidləri ANS PRESS-ə bildirdilər ki, qəza “VAZ 2107” markalı minik maşını ilə "Mercedes" markalı avtomobil toqquşması nəticəsində baş verib.

Hazırda əraziyə Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları və Təcili yardım briqadası işləyir.

Olay təfərrüatlarını yazmaqda davam edəcəyik.