Bayram günü mübahisə qanlı bitdi - Tüfənglə güllələdi

bayram-gunu-mubahise-qanli-bitdi
Oxunma sayı: 5365

Sabirabad şəhər sakini Vüqar Süleymanov münaqişə zəmnində odlu silahdan açdığı atəşlə Davud Fərəcovun ayaq nahiyələrinə xəsarət yetirib.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, dekabrın 31-də Sabirabad rayonunun Qalaqayın kəndi ərazisində şəhər sakini Vüqar Süleymanov, qardaşı İlqar ilə həmyerliləri Davud Fərəcov arasında baş verən münaqişə zamanı, V.Süleymanov tüfəngdən açdığı atəşlə D.Fərəcovun ayaq nahiyələrinə xəsarət yetirib.

D.Fərəcov xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində V.Süleymanov və İlqar saxlanılıb, Vüqardan müvafiq sənədləri olmayan 1 ədəd  tüfəng götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.