Bayram Kürdəxanılının anası vəfat etdi

bayram-kurdexanilinin-anasi-vefat-etdi
Oxunma sayı: 2290

Mərhum tanınmış meyxanaçı Bayram Kürdəxanılının anası 1934-cü il təvəllüdlü Səkinə Quliyeva dünyasını dəyişib.

“Qafqazinfo” Unikal.org-a istinadən xəbər verir ki, Səkinə Quliyeva uzun sürən xəstəlikdən sonra dünyasın dəyişib.

Mərhum Kürdəxanı qəbiristanlığında, oğlu Bayram Kürdəxanılının yanında dəfn olunub. 

Xatırladaq ki, ötən ilin avqust ayının 23-də toy mərasimindən evə qayıdan meyxana ustası Kürdəxanı qəsəbə ərazisində yolu keçərkən Emin Fərhadovun idarə etdiyi "Peugeot" markalı, 10-PS-782 dövlət seriya nişanlı avromobil onu vurub. Nəticədə meyxana ustası ağır xəsarət alıb. Hadisəni törətmiş sürücü Bayram Kürdəxanılını 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.