Bayram qətli

bayram-qetli
Oxunma sayı: 676

“Qafqazinfo” milli.az-a istinadən xəbər verir ki, təxminən 45 yaşlarında olan qadını doğrayaraq zibilliyə atıblar. Dəhşətli hadisə hüquq-mühafizə orqanı əməkdaşlarına dünən məlum olub.

Polisə Dədə Qorqud massivində yerləşən zibillikdə doğranmış qadın meyitinin olması barədə məlumat verilib. Əraziyə gələn polis və prokurorluq əməkdaşları qadının naməlum şəxs tərəfindən qətlinin şahidi olublar.

Meyitin üzərində çoxsaylı bıçaq zərbələri olub. Bundan başqa, qadının bədəninin müxtəlif yerləri doğranıb.
Qətlin kim tərəfindən törədilməsi araşdırılır.