Bayram Səfərov danışdı - “Absurd fikirdir”

bayram-seferov-danisdi-absurd-fikirdir
Oxunma sayı: 644

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.

B.Səfərov bildirib ki, ermənilərin yeganə nicat yolu dialoqdan keçir və bunu beynəlxalq təşkilatlar da anlayır: “Münaqişədə ədalətli tərəf Azərbaycan və azərbaycanlılardır. Kənar təsirlər olmazsa, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycanın istəyindən kənara çıxa bilməzlər”.

B.Səfərov azərbaycanlıların doğma torpaqlarına qayıdacaqlarına əmin olduğunu, Azərbaycan bayrağının Xankəndidə, Şuşada dalğalanacağını da qeyd edib: “Separatçılar, terrorçular və digər cinayətkarlarla mübarizə aparmaq Azərbaycanın daxili işidir. Buna Azərbaycanın bütün meyarlar üzrə imkanı var”.