Bayram Səfərov Nalbandyanı ciddi qəbul etmir

bayram-seferov-nalbandyani-ciddi-qebul-etmir
Oxunma sayı: 655

Bunu SalamNews-a Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov bildirib.

O, "Edvard Nalbandyan ATƏT-in Minsk qrupu həmsədrlərinin çağırışlarına baxmayaraq, Azərbaycan tərəfini qeyri-konstruktivlikdə günahlandırıb” suala cavabında deyib: "Dünya bilir ki, Ermənistan işğalçı dövlətdir. İşğalçı ölkənin başında duranlar da bu gün yalan və iftiralarla dolu fikirlər səsləndirir ki, dünya ictimayyəti onlara qarşı təziyqlər etməsin. İndi dünya ölkələri Dağlıq Qarabağın Azərbaycan ərazisi olmasını qəbul edir və ermənistanın yalançı və uydurma fikirlərini rədd edir. Edvard Nalbandyan kimdir ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin çağırışlarına baxmayaraq, Azərbaycan tərəfini qeyri-konstruktivlikdə günahlandırsın".

B.Səfərov Edvard Nalbandyan “Azərbaycanın Dağlıq Qarabağa qarşı güc tətbiq etmək kimi daimi təhdidlərdən” narahatlıq ifadə etməsinə də münasibət bildirib: "Azərbaycan Ermənistan tərəfindən işğal olunan torpaqlarının sülh yolu ilə azad olunmasına tərəfdardır və bunun üçün danışıqları aparmaqda səbr göstərir. Lakin Ermənistan danışıqları uzatmaqda və yalan vədlər verməkdə davam edir".