Bayramı vuran şəxs Ağamirzənin qohumu çıxdı

bayrami-vuran-sexs-agamirzenin-qohumu-cixdi
Oxunma sayı: 3689

Xəbər verdiyimiz kimi, meyxana aləmində Bayram Kürdəxanılı kimi tanınan meyxana ustası Bayramqulu Quliyevi avtomobil vuraraq öldürüb.

“Qafqazinfo”nun əməkdaşları meyxanaçının Kürdəxanıda yerləşən evinə yollanıblar.

Sənətçinin qohumlarından biri hadisənin detalları haqda danışıb. O bildirib ki, Bayram Kürdəxanılı və sənət dostu Ağamirzə Məmmədov dünən Nardaranda toyda olublar. Toydan qayıdan zaman Ağamirzə yaşadığı Maştağaya, Bayram isə taksi tutaraq öz kəndinə yollanıb. Qəza da məhz bu zaman qeydə alınıb.
Meyxanaçı taksidən düşüb yolu keçmək istəyən an “Peugeot” markalı, 10-PS-782 dövlət seriya nişanlı avromobil onu vurub.

Ağır zərbədən asfalta çırpılan Bayram Kürdəxanılı xəstəxanaya çatdırılsa da, həyatını xilas emtək mümkün olmayıb. Şahidlər meyxanaçını vuran sürücünün Ağamirzə Məmmədovun qohumu olması iddiasına da münasibət bildiriblər. Qeyd edilib ki, kənd sakinləri hadisə olan kimi Ağamirzəyə zəng etdiklərinə görə belə bir şayiə çıxıb.

Meyxanaçı Ağamirzə özü isə əvvəlcə bu ittihamı təkzib etsə də, sonradan həmin şəxsin onun uzaqdan-uzağa qohumu olduğunu təsdiqləyib.

Mərhum saat 14:00-da yerdən götürüləcək, Kürdəxanı qəbiristanlığında, atasının yanında dəfn olunacaq.