Bayramlar niyə bayram olmur?

bayramlar-niye-bayram-olmur-
Oxunma sayı: 636


Diqqətinizə yalnız bir neçə bayram və bir neçə tarixi günlərlə, peşə bayramlar ilə bağlı hər il paylaşdıgımız mənzərəni bir anlığa təsəvvür edin. Elə başlayaq artıq iki çərşənbə geridə qoydugumuz Novruz bayramından. Meydana gəlməsinin tarixi köklərini, etnoqrafiyasını sadə xalqın çoxu bilməsə də il ərzində ən çox yolunu gözlədiyi bayramlardandır. Forma və məzmunca ən rəngarəng (nəğmələr, tamaşalar, deyişmələr, çeşid-çeşid milli geyimlər, yarışmalar, meydan döyüşləri daha nələr) məhz Novruzun qismətinə yazılsa da ya biz bütün bunları etmirik, ya da ediriksə də zövq ala bilmirik. Səbəb şifahi xalq yaradıcığının yuxarıda sadalanan növləri çərşənbə boyu məhəllələrdə, meydançalarda deyil bircə gün şəhərin dörd birtərəfi bağlanmaqla rəhbərliyin keçdiyi yerlərdə bir şou proqram kimi təqdim olunur. Hiss, həyacan, emossiya, sevinc, qeyri-adi səs-küyü isə ürəklərdəcə boğulur. Küçələrdə Novruzun gəlişinin əzəməti, istisi deyil. Rəhbərliyin gəlişindən dolayı yersiz bayağı təriflər bir az qorxu bir az da xof hiss olunur. Əhalinin sosial durumunu yaxşı bildiyimiz üçün hər evdə açılan süfrələrin dənizam tərəzisini bilirik. Evdə hər bir uşağın təpədən dırnağa təzələnməsi, allı-güllü xonçaların evdən-evə pay gəlməsi, küsülülərin barışması, xəstələrə baş çəkilməsi, subay qızların süslənib həmyaşıdları ılə qulaq falına çıxması.

Bunlar milli mənəvi sərvətlərimizdir. Bu şəkildə yaşandıqca şübhəsiz deformasiyalar qarşısında tab gətirə bilməyəcək. İslam dünyasının ən müqəddəs bayramlarından olan Qurban bayramı. Bu bayramın da atributlarını hamı bilsə də məqamlar necə icra olunur bu da sirr deyil. Bu bayramda da hamı sevinməlidir, allaha xoş gedən əməli icra etdikləri və kasıbları sevindirdiyinə görə, kasıblar isə dünya nemətindən əldə etdikləri və başqalarından gördükləri mərhəmət və qaygıya görə.Aldıgı qəpik-quruşla ailəsini zorla dolandıran, ərzaq dükanlarında nisyə mal almaqdan əsəbləri tarıma çəkilənmi sevinəcək bayramın gəlişinə? Sizi çox yormaq da istəmirəm mən qısa dedim sizlər bir anlıga gözdən keçirin digər bayramlarımızı.

On bir ayın sultanı olan bayramlar bayramı Ramazan bayramı. Gün ərzində hansı telekanallar başda olmaqla informasiya mənbəyindən mənəvi qida alırıqmı? Məgər orucluq gün ərzində ac-susuz qalmaqdanmı ibarətdir? Hansı dini liderlərin səmavi söhbətlərini eşidirik? İstər saglamlıq, istərsə də mənəvi-əxlaqi baxımından aşılanacaq o qədər sərvət var ki, bunları eşidirikmi? Eşitmədiyimiz üçün mahiyyətini anlaya bilmirik. (heç bayram namazından sonra ürəkdən sevinən, əl tutub görüşərkən həyəcandan gözləri yaşaran görmədim. Varsa da çox az).

İl ərzində iyirmidən artıq peşə bayramları və xüsusi tarixi günlər var. Bir neçəsinin adını deyim necə paylaşırıqsa onu buraxıram sizlərin öhdəsinə. Müəllimlər günü, həkimlər günü, teatr günü, muzeylər günü, qurtuluş günü, 8 Mart qadınlar. Servantesin bir məhşur fikrini xatırlamaq yerinə düşərdi: “sərvət ona malik olmaq deyil, ondan məqsədyönlü istifadə etməkdir”.

Mayasında sevgi, sevinc olmayan bayramlar əhəmiyyətsizdir və ölüdür.

Jalə Cəfərova
Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri