“Bayraq Festivalı” keçiriləcək

bayraq-festivali-kecirilecek
Oxunma sayı: 642

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, tədbirdə dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, tələbələrin, gənclər təşkilatlarının üzvləri və fəal gənclərin iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, “9 noyabr - Dövlət Bayrağı günü” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “9 noyabr Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” 17 noyabr 2009-ci il tarixli Sərəncamının və Gənclər və İdman Nazirliyinin tədbirlər planının icrasının təmin edilməsi məqsədi ilə həyata keçirilir.