“Az qala səhnədə dombalaq aşmışdım”- Müsahibə

az-qala-sehnede-dombalaq-asmisdim-musahibe-
Oxunma sayı: 656







- Səməd bəy, sizi həm “Xalq artisti” fəxri adı almanız və həmçinin 65 illik yubileyiniz münasibəti ilə təbrik edirik.
- Çox sağ olun, təşəkkür edirəm.

- Bu iki şadlığı necə qeyd edəcəksiniz?
-Bu işlərə prodüsserim Rövşən baxır, ondan soruşun.

- İllər sizə qalib gəlib, yoxsa siz illərə?
- Əlbəttə ki, mən. (gülür.red) Maşallah, özümü çox cavan hiss edirəm. Bu yaşda futbol oynayıramsa, demək hələ cavanam.

- Yubiley ərəfəsində xalq artisti oldunuz. Bu, təsadüfdür, yoxsa dövlətin yubileyinizə hədiyyəsi
- Bilmirəm nədir, amma mənim üçün ikiqat bayram oldu. Nə deyə bilərəm? Çox sevincliyəm. Mənim üçün təsadüf oldu. Rövşən xəbəri mənə çatdıranda şou-proqramda idim. Sevincimdən az qala səhnədə dombalaq aşmışdım. Dövlətimə, xalqıma minnətdaram.

- Xalq artisti İlhamə Quliyevadan təbrik gözləyirdiniz. Hələ də zəng eləməyib?
- Xeyr, hələ də zəng vurmayıb. Təbrik edənlər çoxdur. Hər kəsə təşəkkür edirəm. Amma İlhamə xanımın təbriki mənim üçün çox önəmlidir. İlhamə xanım sənətdə ən çox hörmət etdiyim müğənnidir.

- Səməd Səmədovun "Xalq artisti" fəxri adına layiq görülməyini eşidəndə bəziləri şoka düşdü...
- Şoka düşənlər ancaq və ancaq savadsızlar olar bilər! Onlar yəqin qəzet, internet oxumurlar. Onlar bilməlidilər ki, Səməd Səmədov 30 ildir xalqa, dövlətə xidmət edir. Azərbaycanın elə rayonları, elə bölgələri yoxdur ki, Səməd Səmədov orada bayram konsertləri ilə iştirak etməsin. Sovet dövründə acqarına daha haralara getmirdik? O vaxtlar pul da çox az verirdilər. Amma hara göndərirdilər gedirdim.

- Məlumatımız var, dövlət xətti ilə çox ölkələrdə çıxış etmisiniz.
- Bəli, bəli, xarici ölkələrin çoxunda elə dövlət xətti ilə təşkil olunan konsertlərdə olmuşam. Rusiyada, Ukraynada, İsraildə, Amerikada, bir sözlə çox ölkələrdə olmuşam.

- Deməyiniz yaxşıdır, çoxları bunları bilmir.
- İndiyədək mən elədiklərimi deməmişəm. Yenə də deyirəm, şoka düşənlər savadsızlar və paxıllar ola bilər. Bir də ki, pişiyin ağzı ətə çatmayanda deyir iy gəlir. Nə isə...

- Biz qorxduq ki, Əli Mirəliyev yenidən infarkt keçirər.
-Allah onun canını sağ eləsin. (Gülür. red)

- Xəbəriniz yoxdur vəziyyəti necədir?
- Yox, xəbərim yoxdur. Amma internetdə açıqlamasını oxudum. Yenə həmin tas, həmin hamam...Yenə də köhnə mövzu. Bu insanda yenilik yoxdur da...

- Bəlkə Əli Mirəliyevə bir sözünüz var?
- Nə deyim ona? Heç vaxt ona cavab qaytarmamışam, nə əvvəllər, nə də indi. Çünki onun adı Əli, soyadı isə Mirəliyevdir. Ona kobud söz demək günahdır. Çox şadam ki,o mənim adımla şou-biznesə gəldi. Mən çox şadam ki, mənə görə gündəmdədir. Və ən çox ona görə sevinirəm ki, mənə görə onun evində qazan qaynayır. Qoy həmişə də qaynasın.

- Müğənnilərimiz “Xalq artisti” olan kimi toy qiymətlərini artırırlar. Bəs sizdə necə, artım olacaq?
-Yox, yox, yox. Necə var idi, elə də qalacaq – 2-4 arası. Müəllimlər, televiziya - radio işçiləri üçün 2000 manatdır. Lazım olsa ondan da aşağı, amma vəsiqə göstərmək şərti ilə. Çünki mən xalqımıza görə bu gün bu zirvədəyəm. Ona görə də qiymətdə güzəştə getməliyəm.

ANS PRESS