Azad Rəhimov 14 milyondan danışdı

azad-rehimov-14-milyondan-danisdi
Oxunma sayı: 651

“Qafqazinfo”nun məlumatına görə, bunu Gənclər və idman naziri Azad Rəhimov olimpiyaçılarımızın yola salınma mərasimində deyib. Nazirin sözlərinə görə, Gənclər və İdman Nazirliyinə hazırlıq prosesinin yüksək səviyyədə aparılması üçün dövlət büdcəsindən 14 milyon 785 min manat məqsədli vəsait ayrılıb. Bundan başqa Milli Olimpiya Komitəsi, müvafiq federasiyalar və idman cəmiyyətləri tərəfindən hazırlıq prosesinin mütəşəkkil aparılması üçün lazımi köməkliklər göstərilib: “Digər təşkilati məsələlər – akkreditasiya, nəqliyyat, tibbi ləvazimat, idman geyimləri və xüsusi geyimlər kimi məsələlər də həll olunub. Olimpiya komandamızın geyimləri İtaliyanın məşhur “Ermanno Scervino” şirkətinin moda evi tərəfindən hazırlanıb.

İdman nümayəndə heyətimiz 2 qrupda- birinci qrup iyul ayının 24-də, ikinci qrup isə avqust ayının 4-də Londona yola düşəcəklər. İdmançılarımızın yerləşəcəyi Olimpiya kəndində 25 iyul tarixdə Azərbaycan komandasının salamlanması - Azərbaycan bayrağının qaldırılması mərasimi keçiriləcək.
İyulun 28-də keçiriləcək 'Azərbaycan günü' adlı tədbirin hazırlıq işləri də başa çatmaqdadır. Bu tədbirdə Beynəlxalq Olimpiya Komitəsinin, bir çox milli olimpiya komitələrinin və beynəlxalq federasiyaların nümayəndələrinin iştirakı gözlənilir”.

Nigar Məmmədli