“Azadlıq”ı yenə su basdı

azadliqi-yene-su-basdi
Oxunma sayı: 684

“Qafqazinfo”nun məlumatına görə, bu barədə AXCP Partiyasının mətbuat xidmətinin rəhbəri Natiq Ədilov “facebook” profilində yazıb: “Demokratik ictimaiyyətdən bura diqqət ayırmağı xahiş edirəm. Bu il başlayandan 4-cü dəfədir ki, redaksiyanı su aparır, avadanlıqları sıradan çıxır. Dəfələrlə redaksiyanın dam örtüyünün dəyişdirilməsini tələb etsək də, “Azərbaycan” nəşriyyatı” vecinə almır. Amma kirayə haqqına görə, qəzeti bunlar bağlamaq istəyirdi. Belə yekun etmək olar. Təbiət rejimlə əlbir olaraq qəzeti çökdürdü. İnanmıram bu gün qəzet çıxsın...”

Qeyd edək ki, sentyabrın əvvəlində də yağış redaksiyaya yağmışdı. Hələ ki, bu yağışın kadrları olmasa da, ötən dəfəki görüntüləri sizə təqdim edirik.