AZAL Gürcüyanla bağlı açıqlama verdi

azal-gurcuyanla-bagli-aciqlama-verdi
Oxunma sayı: 643

Bu barədə Trend-ə bazar ertəsi AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli deyib. Onun sözlərinə görə, Gürcüyan Azərbaycana səfər etmək üçün təhlükəsizliyinin təmin olmasının vacibliyi barədə məlumatlandırılıb. Belə ki, o, əslən ermənidir. Bu, onun özü və onunla birgə uçan şəxslər tərəfindən sərt reaksiyaya səbəb olub. Onlar AZAL əməkdaşlarını təhqir etməyə başlayıblar. Bu da qeydiyyatdan keçən sərnişinlərin narazılığına gətirib çıxarıb.
Gürcüyanın və onunla birgə uçan sərnişinlərin nalayiq hərəkətləri səbəbindən onlar reysdən uzaqlaşdırılıblar. Buna uçuşları həyata keçirən hava yolları şirkətinin tam hüququ var.

AVTOVAZ şirkətinin əməkdaşı olan Gürcüyan nümayəndə heyətinin tərkibində Bakıya "Lada"nın yeni avtosalonunun açılışına gəlmək istəyib.