Bazar gününün havası açıqlandı

bazar-gununun-havasi-aciqlandi
Oxunma sayı: 1797

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda sabaha gözlənilən hava proqnozunu açıqlayıb.

ETSN-dən “Qafqazinfo”ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 23-26°, gündüz  31-35° isti olacaq. Bakıda  gecə  24-26°, gündüz  33-35° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  normadan aşağı 755  mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət  gecə 60-70 %, gündüz  35-40 % olacaq.

Abşeronun şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuqulba) şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu  27-28° isti təşkil edəcək.

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) Şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu  28-29° isti təşkil edəcək.

Azərbaycanın hava rayonlarında yağmursuz olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz  35-40° isti, dağlarda gecə 14-19°, gündüz  23-28° isti təşkil edəcək.