Bazarda qadını maşınla vurub öldürdü

bazarda-qadini-masinla-vurub-oldurdu
Oxunma sayı: 2491

Gəncə şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, avqustun 19-da saat 18 radələrində Gəncə şəhəri ərazisindəki bazarda naməlum sürücü avtomobili idarə edərkən şəhər sakini Solmaz Səfərovanı vurub. Piyada xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən “VAZ-21063” markalı avtomobilin sürücüsü - Gəncə şəhər sakini Mehman Qurbanov saxlanılıb.