“Bazarstor” mağazalar şəbəkəsində Ramazan endirimləri başladı.

bazarstor-magazalar-sebekesinde-ramazan-endirimleri-basladi
Oxunma sayı: 670

“Qafqazinfo” məlumatına görə, müasir pərakəndəliyin uğurlu təmsilçisi olan və ölkənin “Bir nömrəli satış mərkəzi” brendi ilə təltif olunan “Bazarstore” bu dəfə də Ramazan ayı münasibətilə qiymətlərdə endirim edərək müştərilərini sevindirib. “Bazarstore”da məhsulların bol çeşidli, daha aşağı qiymətlərlə satışa çıxarılması və ən əsası məhsulların keyfiyyətli olması alış-veriş mərkəzini digər satış şəbəkələrindən fərqləndirir. İstehlakçıların tələblərinə cavab verən satış şəbəkəsində məhsullar mütəmadi olaraq yenilənir, məhsul çeşidlərinin sıraları genişlənir. Satış şəbəkələrində sanitar-gigiyenik qaydalara riayət olunmaqla bərabər, burada alıcılara lazım olan hər bir xidmət göstərilir. “Bazarstore” satış şəbəkəsində məhsul çeşidi 30 mindən artıqdır. İstehlakçılar burada istədikləri keyfiyyət və müasir standartlara uyğun məhsulları asanlıqla tapa bilərlər. Onu da qeyd etməliyik ki, “Bazarstore” satış mərkəzləri Xətayi, Gənclik, Bakıxanov, Şüvəlanda fəaliyyət göstərməkdədir.