Azay Quliyev yenidən sədr seçildi

<b>Azay Quliyev yenidən sədr seçildi  </b>
Oxunma sayı: 1229

“Qafqazinfo”nun məlumatına görə, bütün üzvlərin iştirak etdiyi iclasda təşkilati məsələlərə baxılıb.Yenidən dörd il müddətinə yekdilliklə Azay Quliyev Şuranın sədri, Tahir Süleymanov Şura sədrinin müavini, Vüqar Məcidli Şuranın katibi seçilib.

Şuranın Əsasnaməsinə görə 11 Şura üzvü, 8-i QHT nümayəndələrindən, 3-ü isə müxtəlif dövlət qurumlarının təmsilçilərindən ibarət olmaqla, ölkə prezidenti tərəfindən təyin edilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 aprel 2012-ci il tarixli sərəncamı ilə aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü təyin olunub.

Dövlət orqanlarından:

Süleymanov Tahir Veys oğlu - Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini;
Məmmədov İlqar Kamil oğlu - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi qeydiyyat və notariat baş idarəsinin rəisi;
Məcidli Vüqar Sabir oğlu - Azərbaycan Respublikası Maliyyə Nazirliyi sosial sahələrin maliyyəsi şöbəsinin müdir müavini;

Qeyri-Hökumət Təşkilatlarından:

Quliyev Azay Əjdər oğlu – Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun nümayəndəsi;
Məmmədov Sahib Məlik oğlu – Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri;
Mirzəzadə Rəna Rza qızı – Günder və İnsan Hüququ Araşdırma Birliyinin sədri;
Qədirov Vüqar Kərim oğlu – Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri;
Vəliyeva Dilarə Hətəm qızı – “Mülk” İctimai Assosiasiyasının prezidenti;
İsmayılov Şahin Əmir oğlu – Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri;
Hüseynova Gülnarə Alxas qızı – Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti;
Nuriyev Əliməmməd Mali oğlu – “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti;

Şura üzvləri ölkə rəhbərliyi tərəfindən onlara göstərilmiş yüksək etimada görə Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlamaq haqqında qərar qəbul etiblər.

Qeyd edək ki, iclasda yeni seçilmiş Şuranın və katibliyin fəaliyyət planları ilə bağlı tövsiyə və təkliflər irəli sürülüb. Cari məsələlər sırasında QHT-lərin Maliyyə Nazirliyinə təqdim etdiyi hesabatlarla bağlı vəziyyət müzakirə edilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi