Azay Quliyevin İrəvan çıxışı və ona erməni reaksiyası

azay-quliyevin-irevan-cixisi-ve-ona-ermeni-reaksiyasi
Oxunma sayı: 888

“Qafqazinfo” həmin çıxışı təqdim edir:

1. Avropa Parlamentinin Aİ-nin Cənubi Qafqaza dair Strategiyası 20 may 2010-cu il 2009/2216 nömrəli qətnaməsinə istinad edilməsi lazımdır. Bu qətnamə bizim üç ölkəmizə aid maddələri özündə əks etdirir.
2. Hökumətləri vətəndaş cəmiyyəti institutlarının proqram və layihələrinin dəstəklənməsinə yönəlmiş milli mexanizmlər yaratmaqla, onların maliyyə davamlılığını irəli çəkməyi təklif etdi;
3. Tərəfdaş ölkələrin milli parlamentlərini Vətəndaş Cəmiyyəti Qurumlarına dair qanunvericiliyi təkmilləşdirmək və Aİ standartlarına uyğunlaşdırmağa çağırır;
6. Münaqişələrin həlli və etibar yaratma tədbirlərində QHT-lərin rolu və təşəbbüslərini xüsusi vurğuladı;

Azərbaycan dövlətinin son illər QHT-nin inkişafı sahəsinə xüsusi diqqət ayırdığını və bununla əlaqədar 10 milyon pul ayırmışdır. Ölkəmiz regional əməkdaşlığı dəstəkləyir. ŞT ölkələrində davam edən münaqişələr iştirakçı ölkələrin suverenliyi, ərazi bütövlüyü müstəqilliyini sarsıdır, həmin dövlətlərdə demokratik islahatlara və vətəndaş cəmiyyəti inkişafına mane törədir, regional əməkdaşlıq və inteqrasiyanı əngəlləyir. Avronest PA tərəflərin maraqlarının nəzərə alaraq bu cür məsələlərin müzakirəsi üçün olduqca yaxşı bir platforma ola bilər. Bu cür əlaqələr Qafqazda sülhün bərqərarı üçün çox əhəmiyyətlidir.

Viza sadələşdirilməsi lazımdır. Mənim ölkəmin üzvləri Aİ səfər etməkdə çətinliklərlə üzləşirlər.

Vahan Hovhannesyan :

Bizim azərbaycanlı həmkarlar öz fikirlərində qətidirlər ki, biz hamımız birlikdə mədəni, təhsil və sosial sahədə əməkdaşlıq etsinlər. Bu o deməkdir ki, Ermənistanla da əməkdaşlıq etmək olar. Biz hətta birlikdə Azərbaycan və Ermənistandan birlikdə həmməruzəçilər təyin edə bilərik ki bir mövzu üzərində işləsinlər.

Azay Quliyev

Azərbaycan regional əməkdaşlığı həmişə dəstəkləmişdir. Regionda buna dair çoxlu enerji və nəqliyyat sahəsində misallar vardır. Məsələn Bakı-Ceyhan kəmərinin mövcudluğu və İpək yolunun çəkilməsini buna misal göstərmək olar.

Azərbaycan və Ermənistan əməkdaşlığından danışdıqda isə burada çox ciddi problem var. Əvvəllər də deyildiyi kimi, bu Dağlıq Qarabağ münaqişəsidir.

Azərbaycanın 20 faiz torpaqları işğal altındadır, 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünümüz pis vəziyyətdədirlər. Azərbaycan müharibədən ziyan çəkir. Münaqişə BMT Təhlükəsizlik Şurasının, Avropa Şurasının və Avropa Parlamentinin qətnamələrinə uyğun həll edilməlidir. Biz bu münaqişənin necə həll edilməsinin yollarını tapmalıyıq. Biz Dağlıq Qarabağ icmalarının, parlamentarilərimizin görüşünü təşkil etməliyik. Bu gün Sarkisyanla görüşümüz faydalı oldu. O görüşdə erməni deputat Hovhannesyana Azərbaycanlı əməkdaşı ilə dialoqun təşkil edilməsini tapşırdı.

Əminəm ki, azərbaycanlılar kimi ermənilər də bu münaqişədən əziyyət çəkirlər. Bu münaqişənin həll edilməsi sahəsində ciddi addımlar atmadan mədəni, təhsil və sosial sahədə əməkdaşlıq etmək çox çətindir. Bunun üçün öncə bu insanlar öz evlərinə qayıtmalıdırlar. Bizim məqsədimiz bu münaqişənin həll edilməsi üçün ictimayyətlərimizin düşüncələrini yaxınlaçdırmağı düşünməliyik. Bunun üçün erməni QHT-lərinə də müraciət edirəm. Mən özüm də QHT təmsilçisiyəm.

Bu münaqişə əvvəlcə həll edilməlidir və daha sonra əməkdaşlıqdan danışmaq olar. Əgər Avronest PA bu sahədə faydalı olarsa biz bunu yüksək qiymətləndirərik.

Naira Zoqrabyan

Bu forumu 20 faiz işğalı və 1 milyon qaçqın problemlərindən danışmaq yerinə çevirmək lazım deyildir.