Azərbaycan 162-ci yerdədir

azerbaycan-162-ci-yerdedir
Oxunma sayı: 685

Azərbaycan söz azadlığı sarıdan 179 ölkə arasında 162-ci yerdə dayanır.

“Sərhədsiz reportyorlar”ın nümayəndəsi “Turan”a deyib ki, 2011-ci ildə Azərbaycan 10 bənd geriləyib: “İlk növbədə bu, yazar Rafiq Tağının qətli, bloqçuların həbsləri, jurnalistlərə hücumlar, onların oğurlanmasının nəticəsidir. Bu faktların araşdırılmaması hökumətin media siyasətinin göstəricisidir”.

Məruzədə bildirilir ki, Ermənistan 25 bənd irəliləyərək 101-ci yerdən 77-ci yerə yüksəlib.

KİV azadlığı sahəsində ən azad ölkələr isə Finlandiya və Norveçdir.