Azərbaycan Abxaziya ilə bağlı bəyanat verdi

azerbaycan-abxaziya-ile-bagli-beyanat-verdi
Oxunma sayı: 683

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan bəyanatda deyilir ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini qəti şəkildə dəstəklədiyini bir daha bildirərək, Abxaziyada 26 avqust 2011-ci il tarixində keçirilmiş qondarma prezident seçkilərini tanımadığını bəyan edir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Cenevrə Müzakirələrini tam dəstəkləyir və münaqişənin həlli istiqamətində hazırkı nizamlama prosesinin konstruktiv şəkildə davam etdirilməsinin vacibliyinə inanır.