Azərbaycan ali məktəbləri beynəlxalq reytinq qazandı

azerbaycan-ali-mektebleri-beynelxalq-reytinq-qazandi
Oxunma sayı: 693

Xəzər Universitetindən “Media forum” saytına verilən məlumata görə, 2012-ci ilin yanvarında ali məktəblərin ümumi gücü, müasirliyi, o cümlədən elektron-virtual dünyada gücü, tanınması əsas götürülərək 23 000 ali məktəb, o cümlədən Azərbaycanın 38 ali məktəbi tədqiq olunub.

Yüksək liqada Azərbaycandan yalnız bir universitet - Xəzər Universitəsi yer alıb (6233-cü yer).

İkinci liqada göstərilən Qafqaz Universiteti 7771-ci, Bakı Dövlət Universiteti 8833-cü, Azərbaycan Diplomatiya Akademiyası 8926-cıdır. Bu liqada Azərbaycanın 18 ali məktəbinin adı var.

Azərbaycanın digər 19 universiteti üçüncü liqada yer alıb.

Yüksək liqaya Gürcüstandan 10, Ermənistandan 5 ali məktəb daxil olub. Rusiyanın 288, Türkiyənin 112, İranın 59 ali məktəbi dünyanın ən yaxşı ali məktəbləri sırasındadır.

Yüksək liqada ən çox təmsil olunan ölkələr ABŞ (1722), Çin (567) və Yaponiyadır (388).