Azərbaycan avarçəkəni finalda

azerbaycan-avarcekeni-finalda
Oxunma sayı: 648

“Qafqazinfo”nun verdiyi məlumata görə, kişilər arasında 1 nəfərlik qayıqla çıxış edən olimpiyaçımız yarımfinal mərhələsini uğurla adlayıb.

Belə ki, yarımfinal mərhələsində Lianq Janq (Çin), Santiaqo Fernandez (Argentina), Ondrej Sinek (Çexiya), Alan Kempbell (Böyük Britaniya) və Tim Maeyenslə (Belçika) yarışan A. Aleksandrov 3-cü nəticəni göstərməklə finala adlayıb.

Qeyd edək ki, yarımfinal mərhələsində mübarizə hərəsində 6 iştirakçı olan 2 yarımqrupda gedib. Hər yarımqrupdan 3 idmançı finala vəsiqə qazanıb.

Ceyhun Əhmədov