Azərbaycan Beynəlxalq Bankı özəlləşdirilir

azerbaycan-beynelxalq-banki-ozellesdirilir
Oxunma sayı: 674

“Qafqazinfo”nun məlumatına görə, bu haqda Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə rəhbəri Nadim İlahi Azərbaycana səfəri zamanı IV Maddə Məsləhətləşmələri üzrə BVF-in missiyasının işinin nəticələrinə həsr edilmiş mətbuat konfransında məlumat vermişdir. Bildirmişdir ki, hökumət tərəfindən seçilmiş məsləhətçilər hazırda bu istiqamətdə işləyirlər.

N.İlahi qeyd etmişdir ki, Azərbaycan Mərkəzi Bankından subordinasiya olunmuş kredit vəsaitləri hesabına Azərbaycan Beynəlxalq Bankının kapitallaşmasının artırılması ilə bağlı müzakirələr və təhlillər aparılmışdır. Bunun nəticəsi kimi müxtəlif variantlar gələn ilin yayında hökumətə təqdim olunacaqdır.