“Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun” aksiyadan - Fotosessiya

azerbaycan-bir-olsun-merkezi-tebriz-olsun-aksiyadan-fotosessiya
Oxunma sayı: 663

Gənclər aksiyanın qətnaməsini oxuyaraq, qətnamənin sürətini səfirliyə təqdim etmək istəyiblər. Lakin səfirlikdən qətnaməni qəbul edən olmayıb və qətnamə səfirliyin poçt qutusuna atılıb.

Polis aksiyanın qarşısını alıb.

Gənclərin nümayəndəsi Asim Kazımlı ANS PRESS-ə açıqlamasında bildirib ki, aksiyanın keçirilməsində məqsəd Cənubi Azərbaycanda Urmiya gölünün qurudulmasına etiraz etmək və cənubi azərbaycanlılara dəstək olmaq olub. Belə ki, İranda azərbaycanlıların yaşadığı II böyük şəhər Urmiyadır. Urmiya şəhərinə 30 km yaxınlıqda dünyanın II böyük duz gölü olan Urmiya gölü yerləşir. Son 10 ildə Urmiya gölünün 80 faizi quruyub. Göl hazırda sürətli şəkildə qurumaqda davam edir.

Qeyd edək ki, cənubi azərbaycanlılar bir neçə ildir ki, gölün qurumasına etiraz olaraq aksiyalar keçirirlər. Son günlər belə aksiyalar intensivləşib.