Azərbaycan BMT-də qələbə qazandı

azerbaycan-bmt-de-qelebe-qazandi
Oxunma sayı: 673




BMT Baş Assambleyasında Təhlükəsizlik Şurasına Şərqi Avropadan yeni qeyri-daimi üzv seçkisi nəhayət başa çatdl. Səsvermənin nəticəsunə görə, Azərbaycan tarixində ilk dəfə quruma üzv seçildi.
Rəqibimiz Sloveniya namizədliyini geri götürüb. Bundan sonra keçirilən səsvermədə Azərbaycanın lehinə 155 ölkə səs verib, 24 ölkə bitərəf qalıb, 13 ölkə isə yenə də namizədliyini geri götürən Sloveniyaya səs verib.

Gün ərzində keçirilən altı səsvermə raundunda Azərbaycan Sloveniyanı qabaqlasa da, lazım olan 129 minimal səsi toplaya bilməmişdi.

Dekabrın 31-dən Bosniya və Hersoqovina, Braziliya, Qabon, Livan və Nigeriyanın Təhlükəsizlik Şurasındakı yerləri boşalacaq.

BMT Təhlükəsizlik Şurası 15 üzvdən ibarətdir. Böyük Britaniya,Çin, Fransa, Rusiya və ABŞ qurumun daimi üzvləridirlər. Qalan 10 qeyri-daimi üzv isə Baş Assambleya tərəfindən iki illiyə seçilir. Hər il beş ölkə əvəzlənir.

ANS PRESS