Azərbaycan çempionatının oyunlarını kim yayımlayacaq? – Tender

azerbaycan-cempionatinin-oyunlarini-kim-yayimlayacaq-tender
Oxunma sayı: 642

“Qafqazinfo”nun verdiyi məlumata görə, tenderdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev və PFL-in Texniki İdman Şöbəsinin rəhbəri Məlik Həsənovla yanaşı “İdman Azərbaycan” televiziyasından Elsevər Dünyamalıyev ilə “Xəzər” televiziyasından İbrahim Ünlübostan iştirak ediblər. Bir illik yayım huqunun qiymətinin 500.000 Azərbaycan manatı dəyərərində müəyyən olunduğu tender 2 saatdan artıq davam edib. Peşəkar Futbol Liqasının şərtləri ilə tanış olan televiziya kanallarının nümayəndələri bir həftə ərzində PFL-in təkliflərinə cavab verəcəklərini bildirdilər.