“Azərbaycan Dağlıq Qarabağa hücum edəcək”

azerbaycan-dagliq-qarabaga-hucum-edecek
Oxunma sayı: 666

İrana zərbə endirildən sonra Azərbaycan Dağlıq Qarabağa hücum edəcək. “Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, belə bir fikirlə Liberal Demokrat Partiyasının sədri, prezidentliyə namizəd Jirinovski bu gün Moskvada keçirilən mitinqdə çıxışında deyib. Onun sözlərinə görə, bu yay İrana hücumla üçüncü dünya müharibəsi başlaya bilər. Jirinovski ssenarinin bu ardıcıllıqla davam edəcəyini deyib: “Suriyanı əzdikdən sonra yayda İrana hücum ediləcək. Bundan da Azərbaycan Dağlıq Qarabağı yenidən işğal etmək üçün istifadə edəcək. Ermənistan buna qarşı çıxacaq. Türkiyə Azərbaycanın tərəfində olacaq. Bax belə, bizim ölkəni 2012-nin yayında müharibəyə cəlb edəcəklər”.

Jirinovski onu da qeyd edib ki, belə olan halda Rusiya öz cənub sərhədlərini qorumaq məcburiyyətində qalacaq. Bu səbəbdən də Rusiya prezidentinin inaqurasiyasını mayda deyil, apreldə keçirmək lazımdır, çünki silahlı toqquşma məhz həmin ayda başlaya bilər.

Səidə