“Azərbaycan dünya birliyinin diqqət mərkəzindədir” - Mövqe

azerbaycan-dunya-birliyinin-diqqet-merkezindedir-movqe
Oxunma sayı: 693

BMT TŞ-yə daxil olmaq o deməkdir ki, Azərbaycanın daxili və xarici siyasəti diqqətlə öyrəniləcək. Bu barədə o, “Turan”ın Vaşinqton müxbirinə bildirib. “Azərbaycan dünya birliyinin diqqət mərkəzindədir və odur ki, BMT TŞ-nin gələcək üzvü kimi yüksək statusu nəzərə alaraq, həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda müdrik və məsuliyyətli siyasət yürütməlidir”, - ekspert bildirib.
“Amerika təcrübəsi göstərir ki, söz və fikir azadlığının təminatı ölkənin imicini möhkəmləndirir, insan hüquqları məsələsini həll edir.
Nəticədə Azərbaycanın dünya birliyindəki imici yaxşılaşdırılacaq və Qərbə yaxın olacaq”, - deyə o, vurğulayıb.
Tarix boyunca amerikalı liderlərin mətbuatda siyasi müxalifət tərəfindən tənqid edilməsi həmişə kəskin, bəzən isə çox pis formada olub. Bununla yanaşı, ABŞ-ın yolu belədir ki, hətta bəzi adamlar öz fikrini çox cəfəng, bəzən isə xoşagəlməz şəkildə ifadə etsə də, söz və fikir azadlığına imkan yaratmaq lazımdır. Azərbaycan bundan dərs götürməlidir. Vaşinqtondakı digər analitiklər kimi Meyrovits də şübhə etmir ki, Azərbaycanın BMT TŞ-yə daxil olmasının əsas səbəbi beynəlxalq cəmiyyətdə status almaq istəyidir. Lakin beş “böyük dövlət”in veto hüququndan fərqli olaraq, Azərbaycan da daxil olmaqla, TŞ-nin digər üzvləri bu cür hüquqa malik deyil. Eyni zamanda dövlətlər Azərbaycanın bu və ya digər məsələlərlə bağlı necə səs verəcəyini izləyəcəklər. Bakı özünü “elə aparmalıdır ki, ”böyük beşlik” (xüsusilə ABŞ və Rusiya) ilə toqquşmaya yol verməsin”.
“Dağlıq Qarabağa gəlincə, Azərbaycanın bu quruma daxil olması nəticəsində bu məsələnin BMT TŞ-yə çıxarılmasını arzu olunanın həqiqət kimi qələmə verilməsi cəhdi saymaq olar.
Bu planda ABŞ və Rusiyanın təsiri həlledici olaraq qalır.
Odur ki, bu məsələnin istənilən həlli BMT TŞ-nin kontekstindən kənarda hazırlanacaq”.
Analitik Fələstin probleminə də toxunub. O, ötən həftə Azərbaycan XIN rəhbərinin Nyu-Yorkdakı çıxışını yada salıb. Məlum olduğu kimi, E.Məmmədyarov ümidvar olduğunu bildirib ki, Fələstinin dövlətçilik məsələsi 2012-ci ildə Bakı BMT TŞ-yə qoşulana kimi həll olunacaq. Lakin Meyrovits hesab edir ki, “bu, qeyri-realdır”. Belə ki, 2012-ci ilin noyabrında ABŞ-da keçiriləcək seçkilərlə əlaqədar Obama çox güman ki, 2012-ci ilin sentyabrında öz vaxtını və siyasi kapitalını BMT sessiyasına sərf etməyəcək.
Odur ki, Fələstin dövlətçiliyi məsələsi 2013-cü ilin əvvəlinə kimi arxa plana keçəcək, analitik hesab edir.