“Azərbaycan əhalisinin böyük əksəriyyəti İran Ayətullahlarına meyllidir”

azerbaycan-ehalisinin-boyuk-ekseriyyeti-iran-ayetullahlarina-meyllidir
Oxunma sayı: 670

Cənubi Qafqaz üzrə geosiyasi ekspert Anjela Elibeqova Azərbaycanda dini vəziyyətlə bağlı Analitika.at.ua saytına müsahibə verib. “Qafqazinfo”nun məlumatına görə, Azərbaycanda dini azadlığı qiymətləndirən ekspert bildirib ki, beynəlxalq təşkilatların və ekspertlərin çoxsaylı məruzələri Azərbaycanda vicdan azadlığının pisləşməsini əks etdirir. Onun sözlərinə görə, azanın səsləndirilməsinə, hicabın taxılmasına qadağalar, məscidlərin dağıdılması və hakimiyyətin digər bu kimi fəaliyyəti ölkədə cəmiyyətin radikallaşmasına və inanclı insanların sosial fəallığının artmasına səbəb olur.
Elibeqova Azərbaycanda inanclı insanların hüquqlarının qorunmasına nəzarət edən struktur kimi Qafqaz Müsəlmanları İdarəsinin adını çəkib. Ekspert bu strukturun faktiki olaraq hakim rejimin maraqlarının bələdçisi olduğunu və onun əhaliyə təsirinin nominal olduğunu qeyd edib: “Azərbaycan əhalisinin 70%-i şiədir və böyük əksəriyyəti İran Ayətullahlarına meyllidirlər. QMİ-dən fərqli olaraq onlar ölkədə hicabın taxılması haqqının müdafiəsinə həsr olunan aksiyalar zamanı həbs olunan və döyülən inanclı insanların tərəfindədirlər. Yerdə qalanları isə Şimali Qafqaz dini ideoloqlarına meylli sünnilərdir”.
Ekspert QMİ-nin regionda müsəlmanların birləşməsi istiqamətindəki işlərinin özünü doğrultmadığını deyib. Buna sübut kimi isə Gürcüstan Müsəlmanları İdarəsini göstərib: “ Bütün bunlar isə QMİ-nin inanclı insanların problemlərinin həllinə qeyri-ciddi yanaşıldığını nümayiş etdirir və bununla da onları Türkiyə və İrana meyl etməyə məcbur edir.
Jurnalistin Azərbaycanda ruhanilərin hansı nüfuza sahib olduqları barədə sualını cavablandıran ekspert bildirib ki, Azərbaycanda dini o insanlar yayırlar ki, onların əksəriyyətinin dinə heç bir bağlılığı yoxdur. Buna misal olaraq internet də yayılan video çarxı misal göstərib: “Özünü Göyçay məscidinin axundu adlandıran Əsgər Babayev qızla məscidin içində cinsi əlaqədə olur. Bu kadrları mobil telefona rayon sakini çəkib. Yevlax məscidinin axundu hacı Namiq Əliyev əvvəlcə məsciddə, sonra isə öz iş otağında azyaşlı uşağının müalicəsi üçün müraciət edən yerli sakin olan Həqiqət Məmmədovaya, sonra isə yetkinlik yaşına çatmayan qızına təcavüz edib....Həmçinin Şəmkir rayonunda dəfn zamanı molla Salman Həmzəyev digər molla Rasim Abdullayevi bıçaqla vurub. Bunu belə izah edib ki, şagirdi ona aid hissədə işləməyə başladığı üçün bu onu özündən çıxarıb...”
Ekspert sonda qeyd edib ki, bu kimi nümunələri nəzərə alaraq, Azərbaycan vətəndaşlarının xarici dini xadimlərə meylini və onların maraqlarını əks etdirməyən QMİ-ə tabe olmamaq arzularını başa düşmək olar.


Səidə