Azərbaycan “Eurovizion – 2012”yə necə hazırlaşır? - Təhlükəsizlik

azerbaycan-eurovizion-2012ye-nece-hazirlasir-tehlukesizlik-
Oxunma sayı: 686


Bu ilin mayında Bakıda keçiriləcək “Eurovizion-2-12”-nin təhlükəsizliyi üçün Azərbaycan dövləti tərəfindən ciddi hazırlıqlar davam etdirilir. “Qafqazinfo”nun məlumatına görə, rəsmi Bakı minlərlə xarici qonağın iştirak edəcəyi beynəlxalq mahnı yarışmasının təhlükəsizliyini ən yüksək səviyyədə təmin etmək üçün hazırlıqları davam etdirir. Yarışmanın keçiriləcəyi məkanın, qonaqların qalacağı otellərin giriş və çıxışlarından quraşdırılacaq avadanlıqlar artıq sifariş verilib və onlar yaxın günlərcə ölkəyə gətiriləcək. Bir məqamı qeyd etmək lazımdır ki, Azərbaycanın sifariş verdiyi bu təhlükəszilik qurğuları ən son modellərdir. Belə ki, həmin qurğuların quraşdırıldığı yerlərdə insanları xüsusi yoxlamağa ehtiyac olmayacaq. Bu qurğuların vasitəsi ilə kiminsə üstündə olan əşyaların tərkibini, onun nədən ibarət olduğunu müəyyən etmək mümkün olacaq.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, polisin bu müsabiqənin təhlükəsiziliyi üçün apardığı hazırlıq işləri də proqrama uyğun şəkildə həyata keçirilir. Müsabiqə ilə bağlı kurslara cəlb edilən polis əməkdaşları artıq üzərlərinə düşəcək işlərin böyük əksəriyyətini mənimsəyiblər.

Bundan başqa, Bakıda yarışma ilə bağlı digər hazırlıqlar da davam etdirilməkdədir. Belə ki, artıq bir neçə gündür Bakıda və ətraf kəndlərdə sahibsiz itlərin öldürülməsi ilə bağlı xüsusi aksiyalar da keçirilir ki, bu da təhlükəsizlik baxımından önəm daşıyır.