Azərbaycan filmlərinə görə ermənilər bir-birini qırdı

azerbaycan-filmlerine-gore-ermeniler-bir-birini-qirdi
Oxunma sayı: 643

ANS PRESS-in "armtoday”ə istinadən verdiyi məlumata görə, hücum Vanadzorda baş verib. Etirazçılar binanı yumurta, daş atəşinə tutublar, sonra ofisin şüşələrini sındıraraq içəri daxil olublar. İçində ofis əməkdaşları ilə dalaşaraq, onların ünvanına nalayiq sözlər deyiblər. Nəticədə ofis əməkdaşlarından birinin ayağı zədə alıb.

Erməni mətbuatının məlumatına görə, polis nümayişçilərin hərəkətlərini sadəcə olaraq uzaqdan izləyib. “Xainlər”, “Biabırçılıq”, “Türklər” kimi şüarlar səsləndirən aksiyaçılar, Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzini Azərbaycan filmlərini nümayiş etdirməməyə çağırıblar. Nümayişçiləri hətta ofisin rəhbəri Artur Sakunsun filmlərin nümayişinin təxirə salındığını deməsi də sakitləşdirə bilməyib. Nümayişçilər ümumiyyətlə fimlərinin təqdimatının ləvğ olunmasını tələb ediblər.

“Polisin davranışını hərəkətsizlik kimi qiymətləndirirəm. Burada göz qabağındakılar rəhbər struktur tərəfindən təşkil olunmuş təzyiqdir. Bizim söz azadlığımız pozulub. Bu şəkildə hüquqi dövlət yaratmaq mümkün deyil”,- deyə Helsinki Vətəndaş Assambleyası ofisinin rəhbəri Artur Sakuns bildirib.

Xatırladaq ki, aprelin 12-də Ermənistanın Gümrü şəhərində “Azərbaycan filmlərinə yox” şüarı altında etiraz aksiyası keçirilib. ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, aksiya Gümrünün “Asparez” klubunda nümayişi planşadırılan Azərbaycan filmlərinə etiraz xarakteri daşıyıb.

Aksiya iştirakçıları Azərbaycan filmlərinin Gümrüdə nümayiş etdirilməsi ideyasını pisləyib və kluba girişi bağlayıblar. Onlar festivalın təşkilatçısı, Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin rəhbəri Georgi Vanyanın maşınına yumurta da atıblar.