Azərbaycan Fransanın həmsədrliyindən imtina etməlidir? – Sorğu

azerbaycan-fransanin-hemsedrliyinden-imtina-etmelidir-sorgu-
Oxunma sayı: 647


Fransa parlamentini qəbul etdiyi qondarma “erməni soyqırımı”nı inkara görə cəza nəzərdə tutan qanunu qəbul etdikdən sonra Türkiyə-Fransa, Türkiyə-Azərbaycan, eləcə də Azərbaycan-Fransa, Azərbaycan-Türkiyə arasındakı diplomatik münasibətlər ciddi müzakirə olunur. Türkiyə Fransa parlamentinin məlum qərarından sonra bu ölkə ilə diplomatik münasibətləri sıfıra endirib. Fransaya qarşı sanksiyalar ölkənin gündəmindədir. Belə bir məqamda Türkiyə ictimaiyyəti və hökuməti Azərbaycandan da adekvat addımlar gözləyir. Türkiyədə istəyirlər ki, konkret olaraq, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi Fransanın vasitəçiliyindən imtina etsin. Bununla yanaşı, rəsmi Bakı prezident səviyyəsində məsələyə ciddi münasibət sərgiləsin.

Azərbaycanda isə məsələ hələlik bu şəkildədir ki, sözügedən qərar qəbul edilən gündən indiyə kimi davamlı olaraq, ölkə ictimaiyyəti, siyasi partiyalar etirazlar edir, bəyanatlar qəbul olunur, Fransa səfirliyi qarşısında aksiyalar keçirilir. Eyni zamanda, Xarici İşlər Nazirliyi və Prezident Administrasiyasının şöbə müdirləri səviyyəsində bu məsələni pisləyən sərt açıqlamalar verilib. Proses davam etməkdədir.

Türkiyənin gözləntisi isə qeyd etdiyimiz kimi konkretdir.

“Qafqazinfo” belə bir məqamda oxucular arasında sorğu keçirtmək qərarına gəlib. Sizcə, Azərbaycan Fransanın həmsədrliyindən imtina etməlidirmi?

Sorğuda bir neçə variant təqdim edilir. Bu variantlardan birini seçib saytdakı sorğu rubrikasında səs verə bilərsiniz. Sorğu on gün müddətində keçiriləcək. Hər İP-dən gündə bir dəfə səs vermək mümkündür.