“Azərbaycan Fransaya müharibə elan etsə, Türkiyə kimin qarşısında yer alar?”

azerbaycan-fransaya-muharibe-elan-etse-turkiye-kimin-qarsisinda-yer-alar
Oxunma sayı: 678





Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Fransa Senatında “erməni soyqırımı”nın inkarını cinayət hesab edən qanun layihəsinin qəbul edilməsindən sonra bu ölkənin Mİnsk qrupundan çıxarılması ilə bağlı açıqlamasının ardınca Türkiyə mediası Azərbaycan rəsmilərinin bu məsələyə münasibətini öyrənməyə çalışıb. “Qafqazinfo”nun “Habertürk” saytına istinadən verdiyi xəbərə görə, bu məqsədlə Prezidentinin Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, baş nazirin müavini Əli Həsənov və xarici işlər nazirinin müavini Xələf Xələfovun bu məsələyə münasibətin öyrənib:

Novruz Məmmədov: “Soyqırım qanunun ilə bağlı olaraq biz Fransaya Türkiyədən daha çox reaksiya göstərdik, daha çox işlədik. Mənə bu məsələdə Türkiyəni dəstəkləyən ikinci bir dövlət göstərin. Lakin Fransanın Minsk qrupundan çıxarılması praktiki olaraq mümkün deyil. İstəsək də olmaz, çünki konsensus lazımdır. Türkiyə bizə “Fransa mənim düşmənimdir, əlaqələrinizi kəsin” deyir. Məsələyə biz də belə yanaşaq, Azərbaycan Fransaya müharibə elan etmiş olsa, Türkiyə kimin qarşısında yer alar? Təəssüf ki, bəllidir. Məlum anlaşmalar var, NATO var. Protokollar bizi sarsıtdı. Dağlıq Qarabağ problemi olmasaydı, Türkiyə sərhədi açardı, amma bu düzgün addım olmazdı”.

Əli Həsənov: “Fransa ilə bağlı son gərginliklərlə bağlı olaraq, bütün Fransa xalqına qarşı durmamalıyıq. Onsuz da 127 senator pulla satın alınıb. Bunların Fransa xalqının iradəsini təmsil etməsi mümkün deyil”.

Xələf Xələfov: “Dağlıq Qarabağ bizim ən böyük problemimizdir. Dağlıq Qarabağ problemi davam etdikcə Minsk qrupunun varlığı önəmlidir. Fransaya qanuna etirazla bu məsələnin əlaqələndirilməsi bu prosesə müsbət təsir etməz və daha da böyük problemlər çıxmasına səbəb ola bilər. Bizim bu Minsk qrupundan son dərəcə istifadə edib bu problemi həll etməyə çalışırıq. Minsk qrupunun indiyə qədər mübarizələri nəticə vermədi, amma MQ-nun imkanları hələ bitməyib”.

Səidə