Azərbaycan futboluna qoyulan pullar...

azerbaycan-futboluna-qoyulan-pullar
Oxunma sayı: 665

“Qafqazinfo” xəbər verir ki, “Partizan”ın baş məşqçisi Vladimir Vermezoviç sabahkı oyunla bağlı fikirlərini bildirərkən bu məsələni də vurğulayıb: "Neftçi"ni udmaq çox çətin olacaq. İndi Malta, Kipr və Azərbaycan klubları yeni tarix yazırlar. Rəqibimiz yaxşı maliyyə dayağı olan ciddi komandadır. Onların heyətində braziliyalılar başda olmaqla, səviyyəli legionerlər var”.

Serbiyanın “Partizan” klubunun müdafiəçisi Aleksandar Miljkoviç də belə güclü maddi dayağı olan klubla oynamağın çətin olduğunu bildirib. Bu barədə Fanat.az xəbər verir: “Ümid edirəm ki, “Troms”la Norveçdə buraxdığımız səhvləri “Neftçi” ilə görüşdə təkrarlamayacağıq. Onlardan cüzi üstünlüyümüz var, lakin bu bizə əsas vermir ki, özümüzü favorit sayaq. “Neftçi” elə bir ölkədə çempion olub ki, orada futbola böyük pullar qoyulur. Belə bir rəqibə yuxarıdan aşağı baxmaq olmaz. Əlbəttə ki, bu qarşılaşmada qələbə qazanmaq iddiasındayıq. Ola bilər ki, oyundan sonra heç-heçəyə də sevinək. Mənə elə gəlir ki, bu qarşılaşma böyük döyüş olacaq”.