“Azərbaycan gəncləri qürur duyur”

azerbaycan-gencleri-qurur-duyur
Oxunma sayı: 661

“Qafqazinfo”nun məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov deyib. Müstəqilliyin 20 illiyinə həsr olunmuş tədbirlərdən danışarkən birlik sədri qeyd edib ki, bu tədbirlər sırasında YAP-ın gənclər arasında keçirilmiş yazı müsabiqəsi də xüsusi yer tutur: “Yazı müsabiqəsində gənclərimiz xüsusi fəallıq nümayiş etdirdilər və müstəqillik illərində qazanılmış nailiyyətləri əhatəli şəkildə qələmə aldılar. Bu məqalələrdə Ümummilli liderimiz Heydər Əliyevin və Prezidentimiz İlham Əliyevin müstəqil Azərbaycanın inkişafı naminə xidmətləri öz əksini tapıb. Bütün bunlar göstərir ki, gənclərimiz Azərbaycanın inkişafını diqqətlə izləyir və bu prosesdə fəal iştirak etməyə çalışırlar. Gənclərimiz Azərbaycanın daha da güclü və qüdrətli dövlətə çevrilməsi üçün Prezidentimizin həyata keçirdiyi siyasəti tamamilə dəstəkləyir. Hesab edirəm ki, YAP-ın üzvü olan gənclər bu prosesdə mütəşəkkil qaydada dönmədən iştirak edir və bundan sonra da edəcək”.

Fatimə Kərimli