“Azərbaycan gərək öz seçimini etsin”- Müsahibə

azerbaycan-gerek-oz-secimini-etsin-musahibe-
Oxunma sayı: 644


Politoloq Leyla Əliyevanın “Qafqazinfo”ya müsahibəsi

- Yaxın şərqdə baş verən hadisələri böyük əksəriyyət demokratiya uğrunda inqilab dalğası kimi qiymətlıəndirir. Bir qrup isə düşünür ki, bu, Qərbin bölgədə sabitliyi pozmaq cəhdidir. Siz bu hadisələri necə qiymətləndirirsiz?
- Orada artıq xalq siyasi prosesləri öz nəzarətində saxlayır. Məsələn, onların əsas tələbi nədir? Misirdə ikinci dalğanın əsas tələbi ondadır ki, onlar qorxurlar ki, hərbi şura hakimiyyətdə həddindən artıq çox qalacaq. Həmin hökumət sivil hökumətə nəzarəti verməlidir, onlar da bunu etmir. Bu, demorkatik qüvvələrin reaksiyasıdır. Bunu Qərbin bölgədə sabitliyi pozmaq cəhdi kimi qiymətləndirmək olmaz.

- Belə fikirlər də var ki, “ərəb baharı” İsrailin bölgədə mövqeyini zəiflədəcək. Obama da bəyanat verdi ki, İsrail 1967-ci il sərhədlərinə qayıtmalıdır. Siz necə düşünürsüz, bu proseslər İsrailin mövqeyinə necə təsir edəcək?
- Bundan sonra İsrail yəqin ki, öz mövqeyini bir az yumşaldacaq. Baxmayaraq ki, Obama bəyanat verib ki, İsrail 1967-ci il sərhədlərinə qayıtmalıdır, amma ABŞ, bildiyiniz kimi BMT-də Fələstinin müstəqil dövlət kimi tanınmasının əelyhinə çıxdı. Çox dəyişiklik olmayacaq, amma ola bilər ki, mövqeyi bir az yumşalacaq.

- İranla münasibətlərə necə təsir edəcək?
- İran artıq başqa məsələdir.

- İrana qarşı sərt mövqeyin, yaxud hücum planı Azərbaycana necə təsir edəcək?
- Azərbayacan təsiri çox böyük ola bilər. Çünki sərhəd ölkədir. Bu baxımdan Azərbaycan gərək öz seçimini etsin, edəcək də. Məsələn, buna etiraz etsə, onda Azərbaycan Qərbdən izolyasiya oluna bilər. Bu bir az qəliz məsələdir. Azərbaycan gərək öz siyasətini fikirləşsin.

- Şərq tərəfdaşlığının Azərbaycandakı demokratik proseslərə təsiri necə olacaq?
- Hər şey özümüzdən asılıdır. Cəmiyyətin bu proqramdan necə istifadə etməsi mühüm rol oynayır.

- Onda siyasi məhbus məsələsi necə olacaq?
- Bunun siyasi məhbus məsələsinə də təsiri olacaq. Artıq bəyanatlar da verilir. Bir sözlə Avropa aktivləşib.

- Azərbaycandakı dini kəsimin din siyasətilə bağlı narazılıqları var. İndi hesab edirlər ki, Cinayət Məcəlləsinə təklif olunan son dəyişikliklər dini etiqad azadlığını məhddlaşdırmaq üçün düşünülüb. Sizcə, bu dəyişiklik hansı məqsədlə düşünülür?
- Ümumiyyətlə, qadağa pis üsuldur. Qadağa olmamalıdır. Amma məqsədə gəlincə, burada məqsəd odur ki, hökumət qorxur ki, İranın və başqa ölkələrin təsiri güclənəcək. Həmçinin daxili siyasətlə də bağlı məsələlər var.


Fatimə Kərimli