Azərbaycan güləşçiləri daha bir uğura imza atdılar

azerbaycan-gulescileri-daha-bir-ugura-imza-atdilar
Oxunma sayı: 674

Azərbaycan Güləş Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, turnirin son günündə güləşçilərimiz London Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb. Bu uğura qadınlardan ibarət sərbəst güləş yığmamızın üzvü Yuliya Ratkeviç imza atıb.

55 kq çəki dərəcəsində güləşən xanım idmançımız Sofiyada keçirilən güləş üzrə lisenziya turnirində finala çıxmaqla, Olimpiadaya vəsiqə qazanıb.

Bu, güləş üzrə isə 10-cu lisenziya olub. Yuliyadayək yunan-Roma növündə Rövşən Bayramov (55 kq), Salman Məmmədov (60 kq), Sahman Təhmasibi (84 kq), qadınlardan ibarət sərbəst güləş yığmasının üzvü Mariya Stadnik (48 kq), habelə 5 sərbəst kişi güləşçimiz vəsiqə qazanmışdı.Bununla da güləşçilərimizin qazandığı lisenziyaların sayı 10-a çatıb.