“Azərbaycan həbsxanalarında lotu yoxdur”

azerbaycan-hebsxanalarinda-lotu-yoxdur
Oxunma sayı: 661



Azərbaycanın cəzaçəkmə müəssisələrində bəzi nüfuzlu məhkumlar var. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev deyib.

Nazir müavini qeyd edib ki, Penitensiar Xidmətin əməliyyat aparatı bu məsələ ilə daim məşğul olur və bunu nəzarətdə saxlayır.

Quliyev bildirib ki, bu gün Azərbaycanda "qanunda oğru" terminindən istifadə etmək yersizdir.

"Çünki bizdə elə bir təhlükə yoxdur. Azərbaycanın cəzaçəkmə müəssisələri dövlət qanunları ilə idarə olunur. Bəzi nüfuzlu məhkumlar olsa da, bu məsələ daim nəzarətdə saxlanılır", Quliyev deyib.