Azərbaycan idmançıları “Lenin” zirvəsində - Foto

azerbaycan-idmancilari-lenin-zirvesinde-foto
Oxunma sayı: 665

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı ilə baş tutan və 19 gün (02-21 avqust 2012-ci il tarixlərində) davam edən yüruşə Azərbaycanın müxtəlif rayonlarından olan gənclər qatılıblar.

Federasiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, 16 avqust 2012-ci il tarixində ekspedisiya üzvləri, Azərbaycanın Şəki və Qusar rayonlarından olan Babək İsgəndərov ("Ekosport" idman klubu) və Rinat Rəhimxanov (“Salavat” idman klubu) "Lenin" zirvəsinə qalxaraq Azərbaycan bayrağını Pamirin ən yüksək zirvəsinə sancıblar.

8 nəfərdən ibarət ekspedisiyaya beynəlxalq yürüşlərdə iştirak etmiş təcrübəli dağçı, FAİREX-in “Ekstremal” idman klubunun rəhbəri Azərçin Muradov rəhbərlik edib.

Nigar