Azərbaycan İraqla İKT sektorunu müzakirə edib

azerbaycan-iraqla-ikt-sektorunu-muzakire-edib-
Oxunma sayı: 637

Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, görüşdə Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunda həyata keçirilən işlər barədə geniş məlumat verilib, İKT sahəsində qarşılıqlı təcrübə mübadiləsi, investisiyaların cəlb edilməsi məsələləri müzakirə olunub.

Azərbaycan ilə İraq arasında münasibətlərdən danışan Əli Abbasov bildirib ki, İraq ilə qurulan diplomatik münasibətlər bir çox sahələrdə, o cümlədən rabitə sahəsində əməkdaşlıq əlaqələrinin formalaşmasına şərait yaradıb.

Azərbaycan-İraq əlaqələrinin genişləndirilməsi üçün böyük imkanların olduğu, hazırda ticari- iqtisadi, elmi, texniki və mədəni sahələrdə qarşılıqlı əməkdaşlığın uğurla davam etdirildiyi vurğulanıb.

Əli Abbasov perspektivdə informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində də əlaqələrin genişləndirilməsinin məqsədəuyğun olduğunu söyləyib.
Hoşyar Zebari İraqın Azərbaycan ilə müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduğunu bildirib, İraq şirkətlərinin Azərbaycanda bir çox sahələrə, o cümlədən İKT sektoruna investisiya yatırmaq imkanı olduğunu deyib.
Sonda İKT sektorunda əlaqələrin inkişafı ilə bağlı bir sıra məsələlər müzakirə olunub.

Nigar Məmmədli