Azərbaycan, Kolumbiya, Nigeriya, Kanada...

azerbaycan-kolumbiya-nigeriya-kanada-
Oxunma sayı: 697

Qol.Az-ın məlumatına görə, Beynəlxalq Muğam Mərkəzində təşkil olunan püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib.
Dünya çempionatına 16 ölkə millisi qatılıb. Bunlardan biri təşkilatçı qismində Azərbaycan yığması olub. Qalan qitələrə gəldikdə, Avropadan Almaniya, Fransa, Asiyadan Yaponiya, Çin, KXDR, Afrikadan Qana, Qambiya, Nigeriya, Şimali və Mərkəzi Amerikadan ABŞ, Kanada, Meksika, Cənubi Amerikadan Braziliya, Kolumbiya, Uruqvay, Avstraliya və Okeaniyadan Yeni Zelandiya mübarizə aparacaq.
Qeyd edək ki, Bakıda keçiriləcək dünya çempionatının final mərhələsi sentyabrın 22-dən oktyabr ayının 13-dək davam edəcək.



2012-ci dünya çempionatının iştirakçıları
Avropa: AZƏRBAYCAN, Almaniya, Fransa
Asiya: Şimali Koreya, Yaponiya, Çin
Afrika: Nigeriya, Qana, Qambiya
Cənubi Amerika: Braziliya, Kolumbiya, Uruqvay
CONCACAF: ABŞ, Kanada, Meksika
Okeaniya: Yeni Zelandiya



A qrupu: AZƏRBAYCAN, Kolumbiya, Nigeriya, Kanada
B qrupu: Fransa, ABŞ, KXDR, Qambiya
C qrupu: Meksika, Yeni Zelandiya, Braziliya, Yaponiya
D qrupu: Uruqvay, Çin, Almaniya, Qana


Qeyd edək ki, dünya çempionatının açılış matçı sentyabrın 22-də Azərbaycan və Kolumbiya yığmaları arasında baş tutacaq.