Azərbaycan kubokunda qol yağışı

azerbaycan-kubokunda-qol-yagisi
Oxunma sayı: 668

“Qafqazinfo”nun verdiyi xəbərə görə, keçirilən 4 oyunda qapılara 16 top vurulub. Ötən mövsüm kubokun finalında üz-üzə gələn “İnter” və “Xəzər Lənkəran”ın qarşılaşması gözlənildiyi kimi maraqlı alınıb. Qarşılıqlı qollar şəraitində keçən görüşdə “bankirlər” 3:2 hesabı ilə qələbə qazanıb.
Çempion “Neftçi” səfərdə “Kəpəz”lə qarşılaşıb. Əsas heyətin bir neçə üzvünə istirahət verən “ağ-qaralar” buna baxmayaraq qalib gələ bilib – 2:1. “Altılığ”a qələbə ilə başlayan iki klub – “Qəbələ” və “Qarabağ”ın qarşılaşmasında Ağdam təmsilçisi məğlubiyyətdən son dəqiqədə qurtulub. Muarem Muaremin qolu oyunun yekun nəticəsini müəyyənləşdirib – 2:2.
Premyer liqada işləri yaxşı getməyən “Bakı” isə AZAL-la görüşdə özünə gəlib. “Zolaqlılar”ın 3 qoluna “təyyarəçilər” 1 qolla cavab verib.
Cavab oyunları martın 28-də keçiriləcək.
“İnter” – “Xəzər Lənkəran” - 3:2
Qollar: Nizami Hacıyev, 40; Krastovçev Enyo, 78; Girts Karlsons, 85 (pen) - Elnur Abdullayev, 46; Rendal Brenes, 57
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Elvin Əsgərov
Bakı. “Şəfa” stadionu
“İnter”: 1. Georgi Lomaya, 4. Valeri Abramidze, 8. Nizami Hacıyev, 11. Asif Məmmədov, 14. Peter Zlatinov, 15. Vladimir Levin (k), 18. İlia Kandelaki, 21. Arif Daşdəmirov, 20. Girts Karlsons, 22. Peter Chrappan, 25. İbrahima Niasse
Ehtiyat oyunçular: 99. Anar Məhərrəmov, 6. Samir Zərgərov, 9. Krastovçev Enyo, 13. Bronislav Çervenka, 16. Elnur Abdulov, 29. Əziz Quliyev, 30. Danildo Assioli
Baş məşqçi: Kaxaber Sxadadze
“Xəzər Lənkəran”: 85. Kamal Bayramov, 3. Elvin Beqiri, 8. Eder Bonfim, 9. Branimir Subaşiç, 10. Elnur Abdullayev (k), 11. Andrei Mureşan, 16. Adrian Pit, 22. Semedo Antonio, 30. Rendal Brenes, 33. Stevan Bates, 81. Rikardo Qomes
Ehtiyat oyunçular: 25. Orxan Sadıqlı, 6. Roberto Alviz, 7. Katalin Doman, 12. Ballo Salif, 14. Rahid Əmirquliyev, 18. Alim Qurbanov, 21. Radomir Todorov
Baş məşqçi: Cüneyt Biçer

“Qəbələ” – “Qarabağ” - 2:2
Qollar: Viktor Mendi, 42; Luiz Paulo Hillario, 67 - Rauf Əliyev,46; Muarem Muarem, 90
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Vaqif Musayev, İnqilab Məmmədov
Qəbələ. Böyük Əmili qəsəbə stadionu
“Qəbələ”: 12. Pavels Doroşevs, 4. Mahir Şükürov (k), 6. Lyuba Baranin, 8. Bruno da Silva, 9. Viktor Mendi, 10. Deon Burton, 11. Yannik Kamanan, 18. Aleksandr Çertoqanov, 20. Stiv Olfers, 34. Ürfan Abbasov, 77. Luiz Paulo Hillario
Ehtiyat oyunçular: 30. Qrem Smit, 15. Nodar Məmmədov, 19. Rövşən Əmircanov, 21. Elmar Baxşıyev, 22. Murad Hüseynov, 24. Tərzin Cahangirov, 33. Saşa Yunisoğlu
Baş məşqçi: Fatih Kavlak
“Qarabağ”: 99. Boyan Pavloviç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov (k), 7. Namiq Yusifov, 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov, 22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli, 70. Vaqif Cavadov
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 4. Zaur Həşimov, 9. Bəxtiyar Soltanov, 17. Vüqar Nadirov, 19. Muarem Muarem, 18. İlqar Qurbanov, 77. Georgi Adamiya
Baş məşqçi: Qurban Qurbanov

“Kəpəz” – “Neftçi” - 1:2
Qollar :Yuri Fomenko, 87 - Denis Silva, 28; Elşən Abdullayev, 84
Qırmızı vərəqə: Nikolay Svejentsev, 90 (“Kəpəz”)
Hakimlər: Anar Salmanov, Ramiz Əsədov, İlham Əliyev, Fuad Həsənov
Gəncə. Şəhər stadionu
“Kəpəz”: 22. Tural Abbaszadə, 5. Əli İsmayılov, 15. Şahin Kərimov, 4. Azər Məmmədov (k), 25. İon Arabadji, 2. Nail Məmmədov, 9. Ceyhun Əhmədov, 18. Nikolay Svejentsev, 11. Sabir Allahquliyev, 10. Ceyhun Sultanov, 23. Junivan Suares
Ehtiyat oyunçular: 1. Xəyal Zeynalov, 30. Yuri Fomenko, 8. Armand Feutchine, 17. Renat Sultanov, 14. Dmitri Parxaçov, 27. Pərvin Paşayev, 19. Zaur Əsədov
Baş məşqçi: Fuad İsmayılov
“Neftçi”: 30. Saşa Stamenkoviç, 3. Denis Silva, 5. İqor Mitreski, 6. Slavço Georgiyevski, 11. Cavid Hüseynov, 14. Bahodir Nasimov, 15. Ruslan Abışov (k), 18. Ruslan Əmircanov, 19. Mirhüseyn Seyidov, 25. Cavid İmamverdiyev, 28. Emin Mehdiyev
Ehtiyat oyunçular: 1. Rauf Mehdiyev, 8. Elşən Abdullayev, 16. Alessandro Viana da Silva, 22. Fərid Quliyev, 26. Kərim Diniyev, 32. Elvin Yunuszadə
Baş məşqçi: Böyükağa Hacıyev

“Bakı” – AZAL- 3:1
Qollar: Aleksandar Soliç, 27; Deividas Çesnauskis, 59; Koke, 63 - Şəhriyar Rəhimov, 68
Hakimlər: Rəhim Həsənov, Elman Musayev, Yaşar Abbasov, Elçin Məmmədov
Bakı. “Bakı”nın təlim-məşq bazasının stadionu
“Bakı”: 1. Marko Şarliya, 3. Deniss İvanovs, 6. İbrahim Karqbo, 7. Deividas Çesnauskis, 8. Junior Xavier Vilson, 11. Elvin Məmmədov, 15. Cəmşid Məhərrəmov (k), 24. Nenad Kovaçeviç, 25. Şəhriyar Əliyev, 77. Aleksandar Soliç, 98. Koke
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 2. Duje Bakoviç, 10. Lukas Mario Horvat, 19. Nurlan Novruzov, 20. Elşad Manafov, 22. Tural Qürbətov, 99. Rəhman Hacıyev
Məşqçi: Novruz Əzimov
AZAL: 12. Cahangir Həsənzadə, 2. Robert Petrov, 3. Usim Nduka, 5. Aqil Nəbiyev (k), 10. Nuqzar Kvirtiya, 11. Zohair Benouahi, 13. Şəhriyar Rəhimov, 15. Georgi Boghiu, 9. Elşən Məmmədov, 16. Bronislav Arseniyeviç, 17. Viktor İqbekoyi
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 6. Daunoraviçius Mindaugas, 7. Tərlan Xəlilov, 14. Orxan Səfiyaroğlu, 18. Elmin Çobanov, 19. Hüseyn Axundov, 25. Tural Nərimanov
Baş məşqçi: Rafiq Mirzəyev


Ceyhun Əhmədov