Azərbaycan Liviyanı əvəz edib – İsveçrə üçün

azerbaycan-liviyani-evez-edib-isvecre-ucun
Oxunma sayı: 686

“Qafqazinfo”nun məlumatına görə, bu barədə “Le Temps” nəşri yazır. Nəşr yazır ki, nə qədər ki, ekoloji enerji mənbələri hazırlanmayacaq, qaz elektrik stansiyalarının inkişafı Konfederasiya üçün strateji prioritet olacaq. Qazın çatdırılmalarının diversifikasiyası üçün İsveçrənin Xəzəryanı regiona, xüsusilə Azərbaycana maraq göstərdiyi qeyd edilib:

“Mərkəzi Asiyanın kiçik avtokratik dövləti olan Azərbaycan dünya enerji təminatında daha da əhəmiyyətli oyunçuya çevrilir. Bu, Qelvetistan qrupu çərçivəsində artıq Azərbaycanın mənafeyini Beynəlxalq Valyuta Fondunda təmsil edən rəhbərliyimizin diqqətindən yayınmayıb. Bu imtiyazlı vəziyyətdən istifadə edərək, son illər ərzində İsveçrə hökuməti Azərbaycanla sıx diplomatik münasibətlər saxlayır”.

2008-ci ilə qədər İsveçrə neftə olan tələbatını Liviya hesabına ödəsə də, iki ölkə arasındakı münasibətlərdə yaranan böhran İsveçrəni strategiyasını dəyişdirməyə vadar edib. Qəzetin yazdığına görə, artıq İsveçrə tərəfindən alınan neftin üçdə birini çatdıran Azərbaycan estafeti əlinə alıb.

Qəzet yazır ki, yayılan şayiələrə görə, Azərbaycanın Dövlət Neft Şirkəti Socar İsveçrədə Esso texniki xidmət stansiyaları şəbəkəsinə malikdir və Cenevrədə təsirin imkanlarına malikdir. Bundan başqa, “Socar”ın Kresyedə neft emal edən zavod almağı planlaşdırdığı da yayılan şayiələr arasındadır.

Səidə