Azərbaycan mətbuatından “incilər” – “Polit Alyans”

azerbaycan-metbuatindan-inciler-polit-alyans
Oxunma sayı: 913

Müraciətdə bildirilir ki, sözügedən qəzetdə çalışan, həm redaktorluq, həm də müxbirlik edən bir neçə nəfər hər gün onların çalışdıqları obyektə gələrək hədə-qorxu gəlirlər. İstədikləri “qonorarı” əldə etməyincəyə qədər isə, qəzetlərində həmin obyekt haqqında şantaj xarakterli məqalələr dərc edirlər. Əslində, bu qəzet satışa göndərilmir. Sadəcə nəşr olunan qəzetlər haqqında yazı dərc olunan obyektlərə çatdırılır. “Qafqazinfo”ya müraciət edən kafe sahibləri bildirirlər ki, bir neçə dəfə həmin qəzetlər onların kafesinin pəncərəsindən içəri atılıb. Özü də bağlama ilə…

Pəncərədən atılmış qəzetdən birini də bizim redaksiyamıza təqdim etdilər. Bəlli olur ki, Azərbaycandakı bütün gizlinlərə məhz bu cəsarətli qəzetilər vasitəsi ilə çatmaq mümkündür. Qəzeti səhifələdikcə ölkədəki bütün “gizlinlər”dən agah olduq. Hansı məmurun əxlaqsızlıq yuvası olduğundan, hansı məktəb direktorunun zülmkarlığından və daha nələrdən xəbər tutduq. Sizin də xəbərdar olmanız üçün qəzetdəki bəzi şedevir başlıqları təqdim edirik:

““Laza” xalça sexinin gizlinləri”;
“Misir Mərdanovun qohumu priton saxlayır?”;
“Həbsxana biznesi”;
“Sumqayıt ərazisində yerləşən “Türkan” adlı əxlaqsızlıq yuvasının fəaliyyəti niyə dayandırılmır?”;
“Kar uşaqlara zülm edən direktor hüquq mühafizə orqanlarını saymır”;
“Aydəmir Manafov yığdığı milyonları hara xərcləyir?”;
“Kəpəz rayonunun hərbi komissarını “dəmir barmaqlıqlar” gözləyir”…

Və qəzet ANONS da verir:

“Bəzi şəxslər cənab Manafovun başının altına yumşaq yastıqlar qoyub arxayın edir ki, bizi susduracaq. Amma Aydəmir Manafov yanılır. Çünki növbəti sayımızda Manafovun Cavid Qurbanova qarşı etdiyi xəyanətkar əməlləri qəzetimizdə dərc edəcəyik”.