Azərbaycan millisi Xorvatiya ilə qarşılaşacaq

azerbaycan-millisi-xorvatiya-ile-qarsilasacaq
Oxunma sayı: 675

Azerisport.az xəbər verir ki, Azərbaycan millisi də məhz sözügedən qrupdan çıxmaq üçün mübarizə aparır.

Təbriz Həsənovun yetirmələri Belçika, Xorvatiya və Ukrayna seçmələri ilə qarşılaşacaq. Millimiz ilk matçını məhz qrupumuzun oyunlarına ev sahibliyi edən Xorvatiyaya qarşı keçirəcək.

Rovinj şəhərindəki “Valbruna” stadionunda keçiriləcək qarşılaşmanı Latviyadan olan hakimlər idarə edəcək. Baş hakim isə Andris Treymanis olacaq.

Qeyd edək ki, ilk oyun günündə millimizin yer aldığı qrupda Belçika da Ukrayna ilə üz-üzə gələcək.

AÇ-nin seçmə mərhələsi
7-ci qrup
25 oktyabr

18:30. Azərbaycan – Xorvatiya
Baş hakim: Andris Treymanis (Latviya)
Rovinj. “Valbruna” stadionu.

18:30. Belçika – Ukrayna
Baş hakim: Petur Reynart (Farer adaları)
Noviqrad. “Laçi” stadionu.