Azərbaycan müğənnisi milyonluq maşın aldı - Fotolar

azerbaycan-mugennisi-milyonluq-masin-aldi-fotolar-
Oxunma sayı: 687

Müğənninin "Facebook" səhifəsində bildirib ki, o, bu günlərdə "Rolls Royce Phantom 6,7 AT" markalı yeni avtomobil alıb. Bu markanın 6,7 litr həcmli, 453 at gücünə malik mühərriklə təchiz edilmiş sözügedən modelinin minimal, baza komplektasiyada qiyməti 550 min dollardır.

C. Məmmədov Milli.Az xəbər portalına açıqlamasında "Rolls Royce Phantom 6,7 AT" markalı avtomobil almasını təsdiqləyib. Müğənni maşını 5 ay əvvəl 960 000 avroya aldığını bildirib. Bununla da maşın kolleksiyasında olan avtomobillərinin sayını 50-yə çatdırıb.

Müğənni əlavə edib ki, yeni maşını ilə bağlı mətbuata danışmaqla şou-biznesdəki müğənnilər kimi özünü reklam etmək məqsədi güdmür: "Aldığım maşın dünya miqyasında ən bahalı 2-3 maşından biridir. Bu maşının puluna 3-4 ədəd "Bentley" almaq olar. Bəzi müğənnilər maşınları, telefonları ilə özlərini reklam edirlər. Amma mənim belə işlərlə aram yoxdur. Mənim fikrimcə, yaxşı oxumaq lazımdır. Yaxşı oxu, istəyirsən, lap "Zaporojets" sür".

"1988-ci ildə Almaniyadan "Mercedes" gətirmişdim. O vaxt "Mercedes" Azərbaycanda yalnız İran səfirində vardı. Amma mən mitinqlər başlayan zaman "Mercedes"i sürməyə utandım, sonra isə satdım. Bunu deməklə onu göstərmək istəyirəm ki, maşınla özümü reklam etmirəm, əksinə, Azərbaycan mədəniyyətini təmsil edirəm. Qoy görsünlər ki, Azərbaycanda necə müğənnilər var", - C.Məmmədov dedi.