“Azərbaycan müharibəyə hazırlaşır”

azerbaycan-muharibeye-hazirlasir
Oxunma sayı: 659

“Qafqazinfo”nun Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri erməni lider Serj Sarkisyan “Reuters” agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycan Dağlıq Qarabağ uğrunda yeni müharibəyə başlamaq istəyir: “Azərbaycan hökuməti böyük miqdarda silahlar alır və yeni müharibəyə hazırlaşır. Baxmayaraq ki, 18 ildir atəşkəs haqqında saziş imzalanıb. Yenə də müharibə ehtimalı var”.

Ermənistan prezidenti müsahibəsində təkidlə bildirib ki, Azərbaycan sülh tərəfdarı deyil: “Azərbaycan anti-erməni təbliğatı apara bilər. Rəsmi Bakı müharibəni sülh danışıqları əsasında aparmaq istəməyə bilər. Lakin bu o demək deyil ki, Ermənistan tərəfi sülh danışıqlarından imtina edir”.

Sarkisyan Azərbaycanın Macarıstandan ekstradisiya olunmuş zabiti Ramil Səfərovla bağlı onu da qeyd edib ki, bu hadisə Azərbaycanla Ermənistan arasındakı münaqişənin tənzimləməsinə mənfi təsir edib: “Bu da onu bir daha göstərdi ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibinə heç vaxt qatılmayacaq”.

Aynur