Azərbaycan nə üçün silahlanır? – Rusiyalı ekspert-konfliktoloqlar

azerbaycan-ne-ucun-silahlanir-rusiyali-ekspert-konfliktoloqlar
Oxunma sayı: 641

Azərbaycan öz silahlı qüvvələrini aktiv şəkildə yeni texnologiyalarla təchiz edir. Bu cür aktivlik nə ilə bağlıdır? “Qafqazinfo”nun “Rusiyanın səsi” radiosuna istinadən verdiyi xəbərə görə, bu barədə nüfuzlu ekspert-konfliktoloqlar rəy veriblər.

Ekspertləri maraqlandıran əsas məsələ isə son zamanlar Azərbaycana daha çox göndərilən “Mi-35 M” döyüş vertolyotları, eləcə də son 10 ildə Azərbaycanın hərbi aviasiya proqramına uyğun olaraq müxtəlif ölkələrdən aldığı 47 döyüş təyyarəsi və 109 vertolyot olub.

“Həqiqətən də, Azərbaycan son illərdə silah-sursat və hərbi texnikanın alışını kəskin şəkildə sürətləndirib. O, silahı nəinki Rusiyadan, eləcə İsraildən idxal edir. Belə informasiya gəzir ki, son iki ildə Azərbaycan silah və hərbi texnikaya 3,7 milyard dollar sərf edib. Buna şübhə yoxdur ki, Azərbaycan bütün bunları neft sayəsində əldə edir. Neftin gücünə ordu güclənir. Azərbaycan gələcəkdə siyasi problemlərinin həllində bu potensialdan istifadə edə bilər. Rusiya bu mərhələdə bütün üsullardan istifadə etməlidir ki, Azərbaycanın silahlanmada hədəfi Ermənistan olmasın” .

Məqalədə Azərbaycanın İranla həmsərhəd ölkə olması da xüsusi vurğulanır. Qeyd olunur ki, İran gələcəkdə hərbi-siyasi gərginliyin obyekti olacaq: “İranla konflikt Azərbaycana birbaşa təsir edə bilər. Azərbaycandan fərqli olaraq İranın şimalında azərbaycanlılar daha çox məskunlaşıblar. Hər hansı siyasi gərginlik qaçqınların kütləvi hərəkətinə və İranın şimalında yerli etnik konfliktlərə səbəb olacaq”.

Rusiyalı ekspertlər Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı onu qeyd ediblər ki, Rusiyanın diplomatik səyləri nəticəsində Dağlıq Qarabağ münaqişəsi güman ki, təkrarlanmayacaq. Çünki Azərbaycanın bu cür şərtlər altında bir daha müharibəyə başlaması risk olardı.

Aynur Baxşalıyeva