Azərbaycan ordusunda intihar

azerbaycan-ordusunda-intihar
Oxunma sayı: 667

Hərbi xidmətini başa vurmasına üç ay qalmış əsgər özünü öldürüb. Qafqazinfo xəbər verir ki, intihar hadisəsi Sərhəd Qoşunlarının Qax rayonu ərazisində yerləşən hərbi hissəsində baş verib. Yadımlı rayonu hərbi komisarlığından hərbi xidmətə çağrılmış əsgər ötən gün özünü hərbi hissədə asıb.Əsgərin özünə qəsd etməsinin səbəbləri məlum deyil.Hadisə yerinə hərbi prokurorluğun əməkdaşları gəliblər. Bütün cəhdlərə baxmayaraq, mərhum əsgərin adını və soyadını öyrənmək mümkün olmadı. Yalnız əsgərin 3 aydan sonra başa vuracağı bildirilir.